Azərbaycan.media xəbər verir ki, Rusiyanın Dağıstan Respublikasında azərbaycanlı ailənin üzləşdiyi ağır faciə baş verib.
Beynəlxalq yükdaşımaları ilə məşğul olan Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi TİR tipli yük avtomobilini arxaya verərkən 37 yaşlı oğlu, Şirinov Camil Şamil oğlu iki avtomobilin arasında qalıb. Nəticədə Camil Şirinov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Məlumata görə, ata və oğul qəza zamanı istirahət məqsədilə dayanacaqda olublar. Onların hər ikisinin beynəlxalq yükdaşımaları ilə məşğul olduğu bildirilir.
Hadisədən sonra Şamil Şirinov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oxundu: 4
