Azərbaycan.media xəbər verir ki, SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib. İclas Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə baş tutub.
İclas zamanı 2025-ci ilin doqquz ayının maliyyə və əməliyyat nəticələri, 2026-cı il üzrə büdcə layihəsi və borc öhdəliklərinin idarə edilməsi məsələləri, həmçinin 2025-ci ildə dövlət büdcəsinə ödəniləcək dividendlər müzakirə olunub.
Müzakirələrin nəticəsinə əsasən, dividend ödənişi məqbul hesab edilib və şirkətin 2026-cı il üzrə büdcəsinin müəyyən edilmiş hədəflər istiqamətində yekunlaşdırılması tapşırılıb.
Oxundu: 5
