🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Oğuzda ağır yol qəzası: 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Azərbaycan.media xəbər verir ki, Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Sincan kəndi ərazisində qeydə alınıb. Mahama Dibirovun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, Balakən rayonunun Qazma kənd sakini, 64 yaşlı Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə zamanı 65 yaşlı Natalya Tahirova, 64 yaşlı Cəmilə Əhmədova, 18 yaşlı Qurban Mirzəyev, 53 yaşlı Azad Puçaxov, 65 yaşlı Xədicəmaral Xəlilova və 67 yaşlı Cənnətey Qumbarova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.