Azərbaycan.media xəbər verir ki, əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə 1,94 % artaraq 3,9840 ABŞ dollarına bərabər olub.
Teleqrafın məlumatına görə, Niderlandın “Title Transfer Facility” (TTF) qaz ticarət meydançasında qazın bir meqavat-saatının dəyəri isə 2,09 % yüksəlib. Nəticədə qazın meqavat-saatı 28,23 avro təşkil edib.
