Azərbaycan.media xəbər verir ki, Kamçatka diyarında 4,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı açıqlama yayıb.
Məlumata əsasən, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 207 kilometr məsafədə qeydə alınıb.
Bildirilib ki, zəlzələnin episentri 41,6 kilometr dərinlikdə yerləşib.
