🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb

Azərbaycan.media xəbər verir ki, Xəzər dənizində itkin düşən balıqçılardan birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında itkin düşən iki balıqçıdan biri — 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda itkin düşən digər şəxs — 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.