🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dugin: Uzunmüddətli və genişmiqyaslı hərbi qarşıdurmaya hazırlaşmaq vacibdir

Azərbaycan.media xəbər verir ki, Kremlin ideoloqu kimi tanınan rusiyalı filosof Aleksandr Dugin uzunmüddətli və genişmiqyaslı hərbi qarşıdurmaya hazırlaşmağın vacibliyini bəyan edib. Axar.az-ın məlumatına görə, Dugin bildirib ki, bitməmiş müharibə qaçılmaz olaraq münaqişənin davam etməsinə gətirib çıxarır.

Onun sözlərinə görə, Rusiyanın mövqeyinin istənilən formada zəifləməsi əks proseslərə səbəb ola bilər:
“Bitməmiş müharibə qaçılmaz olaraq münaqişənin davam etməsinə səbəb olacaq. Rusiyanın mövqeyinin hər hansı bir şəkildə zəifləməsi isə əks proseslər doğura bilər”.

Dugin eyni zamanda iddia edib ki, Avropa Birliyi 2030-cu illərə qədər Rusiya ilə tammiqyaslı müharibəyə hazırlaşır.

Filosofun fikrincə, Ukraynadakı münaqişənin nəticəsi gələcək dünya nizamının formalaşmasında həlledici rol oynayacaq:
“Söhbət təkqütblü dünyaya qarşı mübarizədən və konturları hələ də tam bəlli olmayan çoxqütblü sistemin formalaşmasından gedir. Qələbə suverenliyi təmin etməyin və onu əbədiləşdirməyin yeganə yoludur”.