Azərbaycan.media xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə aldığı hospitalda bu ilin dekabrın 15-də vəfat etməsi ilə bağlı araşdırma başlanılıb.
Bu barədə “Report”a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, həmçinin digər prosessual tədbirlər həyata keçirilib.
Faktla bağlı araşdırma hazırda davam etdirilir.
Oxundu: 9
