Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yaponiyanın paytaxtı Tokioda keçirilən Təbii Fəlakətlər Zamanı Risklərin Azaldılması üzrə Asiya Konfransı (ACDR2025) iştirak edir.
Bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyi öz “X” sosial media hesabında paylaşım edib.
Paylaşımda bildirilir ki, “Tokioda 2025-ci il dekabrın 17-də rəsmi olaraq Təbii Fəlakətlər Zamanı Risklərin Azaldılması üzrə Asiya Konfransı işə başlayıb. Azərbaycan nümayəndə heyətinə Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov rəhbərlik edir”.
Qeyd edək ki, konfrans 17-19 dekabr tarixlərində keçiriləcək və mövzusu “Dayanıqlığın birgə yaradılması: meqa-fəlakətlərə hazır dayanıqlı cəmiyyətə doğru” adlanır.
Oxundu: 4
