🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qusarda ağır yol-nəqliyyat hadisəsi: 2 ölü, 4 yaralı

Azərbaycan.media xəbər verir ki, Qusar rayonu, Yuxarı Ləgər kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 Fövqəladə Hallar Nazirliyi dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasedicilərini göndərib.

Əraziyə çatarkən məlum olub ki, KİA markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb və bir qadın avtomobildə köməksiz vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər tərəfindən qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.