🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Premyer Liqa: “Kəpəz” evdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdi

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Premyer Liqasının XV turunda “Kəpəz” və “Qəbələ” komandaları üz-üzə gəlib. Matç Yevlax şəhər stadionunda keçirilib və Gəncə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmanın 38-ci dəqiqəsində “qırmızı-qaralar”ın futbolçusu İbrahim Sanqare qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Matçın 54-cü dəqiqəsində meydan sahiblərinin oyunçusu Ryonosuke Ohori fərqlənərək “Kəpəz”in qələbə qolunu vurub.

Bu nəticədən sonra Azər Bağırovun komandası 9 xalla turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. Kaxaber Tsxadadzenin komandası isə 8 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Azersun Arena”da baş tutacaq görüş saat 17:30-da start götürəcək. Tura dekabrın 15-də yekun vurulacaq.