🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ölkə ərazisində küləkli və yağıntılı hava davam edir

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti dekabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən, ölkənin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti davam edir.

Xidmətdən verilən məlumata görə, bəzi rayonlarda qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar müşahidə olunur. Qarın hündürlüyü Altıağacda 13 sm, Lazada (Qusar) 10 sm, Xaltanda 8 sm, Şabranda 4 sm, Qubada 3 sm, Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ və Qubadlıda isə 1 sm təşkil edir.

Yağıntının miqdarı isə Xaçmazda 9 mm, Şahbuz, Qobustan, Lənkəran, Astara, Şəki, Oğuz, Kürdəmir, Yardımlı, Lerik və Cəlilabadda 1 mm-dir.

Bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Mingəçevirdə 26 m/s, Neftçalada 20 m/s, Gədəbəydə isə 16 m/s təşkil edir.