Azərbaycan.media xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “Instagram” hesabında Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə paylaşım edib. O, paylaşımında Ulu Öndərin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini yad edərək, onun milli ideyalarının bu gün də Azərbaycan üçün yol göstəricisi olduğunu vurğulayıb.
Paylaşım qısa zamanda geniş izləyici kütləsi tərəfindən böyük rəğbətlə qarşılanıb.

