Azərbaycan.media xəbər verir ki, vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödənilməsi məsələsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
“Tövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, həmçinin məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu halda vəfat edən dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.
