Prezident İlham Əliyev Tailand Kralını milli bayram münasibətilə təbrik edib

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya məktub ünvanlayıb.

Məktubda deyilir ki, Tailand Krallığının milli bayramı münasibətilə dövlət başçısı Kralı və Tailand xalqını ürəkdən təbrik edir, ən xoş arzularını çatdırır.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Tailand arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur və xalqların rifahı naminə bu imkanlardan istifadə etməklə dostluq və səmərəli əməkdaşlıq əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə genişlənməsi mümkündür.

Məktubda həmçinin Kral Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar və Tailand Krallığının xalqına daim əmin-amanlıq və rifah diləndiyi vurğulanır.