Azərbaycan.media xəbər verir ki, Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Belarus nümayəndə heyəti ilə “Pilotsuz aviakomplekslərin tətbiqi və pilotsuz uçuş aparatları operatorlarının hazırlanması sahəsində əməkdaşlığa dair işçi görüş” keçirilib.
Görüş zamanı insansız hava sistemləri sahəsində ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirərək maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
