Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

Azərbaycan.media xəbər verir ki, paytaxtda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu təşkil olunub. Tədbirdə hər iki ölkənin media nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində iki panel sessiya keçiriləcək:

“İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi”

“Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq”