Bu ilin 9 ayında Azərbaycana xaricdən 2 525 ton sarımsaq idxal edilib

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 3,41 milyon ABŞ dolları dəyərində 2 525 ton sarımsaq gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət baxımından isə 4 dəfə çoxdur.

Hesabat dövründə idxal olunan sarımsaq əsasən belə olub:

  • Çin: 1,27 milyon ABŞ dolları dəyərində, 380,5 ton (+7 dəfə);

  • İran: 1,15 milyon ABŞ dolları dəyərində, 80,9 ton (+3 dəfə);

  • Qırğızıstan: 514,2 min ABŞ dolları dəyərində, 338 ton;

  • Qazaxıstan: 263,4 min ABŞ dolları dəyərində, 172 ton (+8 dəfə);

  • Misir: 149,5 min ABŞ dolları dəyərində, 115 ton (+44 %).

Qeyd olunur ki, bu il son 14 ildə ilk dəfə olaraq Pakistandan (31 min ABŞ dolları dəyərində, 24 ton) və Qırğızıstandan əlavə tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 978 ton sarımsağın 44,4 %-i Çinin, 37 %-i isə İranın payına düşüb.