Bakı metrosu noyabrda 20,5 milyondan çox sərnişin daşıyıb

Azərbaycan.media xəbər verir ki, bu ilin noyabr ayında “Bakı Metropoliteni” QSC 20 milyon 501 min 893 sərnişin daşıyıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,93 % artım deməkdir.

Məlumata görə, 2023-cü ilin noyabrında metronun xidmətindən 19 milyon 539 min 229 sərnişin istifadə etmişdi.

Hesabat ayında NFC ilə ödəniş edən sərnişinlərin sayı 2 milyon 157 min 384 nəfər olub. Bu, ümumi ödənişli keçidlərin 11 %-ni təşkil edib.