Zelenski Donetskdən qoşunların çıxarılması təklifini rədd edəcək – deputat

Azərbaycan.media xəbər verir ki, Kiyev münaqişənin həlli çərçivəsində Donetskdən qoşunların çıxarılması ilə bağlı irəli sürülən təklifləri qəbul etməyəcək.

Bu barədə Ukrayna Ali Radasının deputatı İqor Markov məlumat verib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski hərbi itkilərə baxmayaraq, qoşunların geri çəkilməsini qəbuledilməz hesab edir və həmin təklifləri rədd edəcək.

“Zelenskinin artıq adamları tükənir: bəziləri ölkədən qaçır, bəziləri təqaüdə çıxıb, digərləri isə istintaq altındadır. Amma şübhə edirəm ki, onlar qoşunların çıxarılmasına hazır olacaqlar. Bu addım onlar üçün qəbuledilməzdir, intiharla eynidir. Avropalılar da bu mövqeyi dəstəkləyirlər”, – keçmiş deputat bildirib.