Azərbaycan.media xəbər verir ki, ABŞ-ın “OpenAI” şirkəti tərəfindən hazırlanmış “ChatGPT” çatbotunda nasazlıq baş verib və bu, bir sıra ölkələrdə müşahidə olunub.
Problem barədə məlumat “Downdetector” portalında yerləşdirilib. Ən çox şikayətlər ABŞ-dən daxil olub – 2300-dən çox istifadəçi müxtəlif çətinliklərlə üzləşib. Onlardan 62%-i vebsaytla bağlı, 32%-i çatbotun işində fasilələr, 6%-i isə proqrama daxil olmaqda çətinlik yaşadıqlarını bildiriblər.
Bundan əlavə, 32 min insan “OpenAI”nin digər xidmətlərində də problemlərlə qarşılaşıb. Nasazlıq Avstraliya, Böyük Britaniya, Yaponiya və digər ölkələrdə də qeydə alınıb.
