Azərbaycan.media xəbər verir ki, İranda iki Cənubi Koreya vətəndaşı qaçaqmalçılıqda şübhəli bilinərək həbs olunub.
Bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi açıqlama verib. Nazirlik bildirib ki, “İrandakı diplomatik missiyamız iranlı rəsmilərlə məsələ ilə bağlı əlaqə saxlayır və vətəndaşlarımıza lazımi konsul dəstəyi göstərməyə davam edəcək”.
İran mediasının xəbərinə görə, Cənubi Koreya vətəndaşları noyabrın 20-də bir İran vətəndaşı ilə birlikdə həbs olunublar. Hadisənin detalları barədə əlavə məlumat verilməyib.
Oxundu: 12
