Azərbaycan.media xəbər verir ki, Dekabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli yağış ehtimalı var, şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Bakıda gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762-766 mm civə sütunu arasında dəyişəcək, nisbi rütubət isə 70-80% təşkil edəcək.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağıntı, dağlıq ərazilərdə qar yağması gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə temperaturu 1-5, gündüz 12-15 dərəcə isti, dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Oxundu: 9
