Azərbaycan.media xəbər verir ki, Prezidentin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərinə dair Brüsseldə “EU Today”a müsahibəsində açıqlamalar verib.
Hacıyev bildirib ki, ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallıq və yalnış anlaşılmalar yaranmışdı, lakin rəsmi Bakının narahatlıqları Düşənbədə liderlər səviyyəsində müzakirə olunub.
Onun sözlərinə görə, Azərbaycan Rusiyadan dörd əsas məsələni tələb edib: rəsmi üzr, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi və kompensasiyanın ödənilməsi.
Hacıyev vurğulayıb:
“Bu məsələlər həll olunduqdan sonra, biz yalnış anlaşılmalar səhifəsini çevirəcək və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”.
