🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yəzd əyalətində üç ardıcıl zəlzələ qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, bu gün səhər saatlarında İranın Yəzd əyalətinin Behabad şəhərində üç ardıcıl zəlzələ baş verib.

Yəzd Böhran İdarəetmə İdarəsinin rəisi Ehsan Balakətfi bildirib ki, ilk zəlzələ saat 01:11-də Rixter cədvəli üzrə 4,9 bal gücündə olub. Onun ardınca, üç dəqiqə sonra eyni ərazidə 5,1 bal gücündə ikinci zəlzələ, saat 01:42-də isə 3,2 bal gücündə üçüncü təkan qeydə alınıb.

İranın Seysmoloji Mərkəzi yeraltı təkanlar nəticəsində dağıntıların və insan itkisi olmadığını açıqlayıb.