Azərbaycan.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merz Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsini uğurla başa çatdırmaq imkanının olmadığını bildirib.
Merz vurğulayıb ki, müharibənin tezliklə bitməsi arzulansa da, Ukraynanın və Avropanın razılığı olmadan əldə olunacaq hər hansı saziş davamlı sülhə gətirməyəcək:
“Ukrayna fiqur deyil, suveren dövlətdir və qərarlar yalnız qarşılıqlı razılıqla verilə bilər. Almaniya Ukraynaya dəstəyi davam etdirəcək və dondurulmuş Rusiya aktivlərini bu məqsəd üçün istifadə edəcək”.
