“Azəristiliktəchizat”ın sədri Naftalanda vətəndaşları qəbul edəcək

Azərbaycan.media xəbər verir ki, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev dekabrın 19-da Naftalan şəhərində vətəndaşlarla görüşəcək.

Səhmdar cəmiyyətin məlumatına görə, qəbul saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək və Naftalan, Goranboy və Xocalı sakinlərini əhatə edəcək.

Görüş zamanı istilik və isti su təchizatı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq, həmçinin onların istiliklə bağlı mövcud problemləri dinləniləcək.