Yelena Zelenskaya ərinin ikinci müddətə prezident seçilməsinə qarşıdır

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya ərinin siyasi fəaliyyətini davam etdirməsini istəmir. Bu barədə Modern.az “Politico”ya istinadla məlumat yayıb.

Məlumata görə, Ukraynanın birinci xanımı həyat yoldaşının yenidən prezident seçilməsinə qarşıdır. Zelenskinin ətrafı ona aşağı dəstək səviyyəsini və ölkədə korrupsiya böhranının dağıdıcı təsirlərini göstərib.

Prezident və onun ətrafı ilə təmasda olan mənbələr Zelenskiyə ikinci müddətə namizədliyini irəli sürməməyin daha məqsədəuyğun olacağını tövsiyə ediblər, çünki onun elektorat bazası hazırda 25%-i keçmir.