Azərbaycan.media xəbər verir ki, keçmiş yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun məşhur papaqları teleqram platformasında hərracda satışa təqdim ediləcək. Bu barədə platformanın qurucusu Pavel Durov məlumat yayıb.
Durov bildirib ki, “Həbibin əfsanəvi papaqları azadlıq, hörmət və ənənələri simvolizə edən kolleksiya nümunələridir. Məğlubedilməz çempion özü deyir: ‘Bəzi hədiyyələr təkcə dəyər daşımır, həm də mənaya malikdir’”.
Qeyd edək ki, Nurməhəmmədov sonuncu dəfə 2020-ci ilin oktyabrında oktaqona çıxmış, ikinci raundda boğucu fəndlə Castin Qeycini məğlub etmişdi. Onun MMA karyerasındakı nəticəsi 29-0-lıq məğlubiyyətsiz rekordla yadda qalıb.
