Azərbaycan.media xəbər verir ki, Ağdam rayonunun Əfətli kəndində ikimərtəbəli yaşayış evində baş verən yanğın artıq lokallaşdırılıb. APA-nın yerli müxbirinin məlumatına görə, alov ikinci mərtəbədə başlayaraq üç otağa yayılıb. Hadisə yerinə cəlb olunan Ağdam yanğından mühafizə bölmələri alovun qarşısını ala biliblər.
Əraziyə əlavə təhlükəsizlik tədbirləri görülür.
Qeyd edək ki, ilkin məlumatlarda yanğının Əfətli kəndində yerləşən yaşayış evində baş verdiyi və hadisə yerinə yanğınsöndürən briqadalarının cəlb olunduğu bildirilmişdi.
Oxundu: 14
