Azərbaycan.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri ötən gecə pilotsuz uçuş aparatları ilə Ukraynanın Xarkov şəhərinin iki rayonuna hava zərbələri endirib.
UNİAN-ın məlumatına görə, hücum nəticəsində 36 nəfər xəsarət alıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir.
Zərbələr çoxmənzilli binalara və qarajlara ciddi ziyan vurub. Axtarış-xilasetmə işləri davam etdirilir.
