🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Omskda magistral qaz kəmərində partlayış baş verdi – Qubernator açıqlama yayıb

 

Azərbaycan.media xəbər verir ki, Omsk vilayətinin qubernatoru Vitali Xotsenko bölgədə baş verən güclü partlayışla bağlı ilkin məlumatları açıqlayıb. O, Telegram kanalında yaydığı məlumatda qəzanın magistral qaz kəmərinin qolunun yeraltı hissəsində baş verdiyini bildirib.

Qubernatorun sözlərinə görə, Omsk rayonu və ətraf ərazilərin sakinləri hazırda heç bir təhlükə altında deyil. O, əhalini yalnız rəsmi məlumatlara inanmağa çağırıb.

Xatırladaq ki, noyabrın 18-i səhər saatlarında Omsk yaxınlığında güclü yanğın qeydə alınıb. Hadisə zamanı yaranan alovun parıltısı bir neçə kilometr məsafədən görünüb və partlayış səsləri qonşu kəndlərdə də eşidilib.