Azərbaycan.media xəbər verir ki, Bərdənin Mehdili kəndində ağır hadisə baş verib. Məlumata görə, kənd sakini, 2022-ci il təvəllüdlü Ayaz Cəfərov yaşadığı evin həyətində yerləşən quyuya düşüb və həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
