Azərbaycan.media xəbər verir ki, Gədəbəy rayonunda baş verən qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 37 yaşlı oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 59 yaşlı İlqar İlyasov tutulub və istintaqa təhvil verilib.
Hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, 1988-ci il təvəllüdlü R. İlyasov bıçaqlanaraq aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti ekspertiza olunması üçün aidiyyəti quruma göndərilib.
Qətlin hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib. Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam edir.
