🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zeytun yağının sümükləri möhkəmləndirdiyi sübut edilib

Azərbaycan.media xəbər verir ki, alimlər zeytun yağının sümük sağlamlığını qorumaqda mühüm rol oynadığını müəyyən ediblər. Daha çox zeytun yağı istehlak edən insanlarda güclü sümük kütləsinin göstəricisi sayılan osteokalsin zülalının səviyyəsinin yüksək olduğu aşkar edilib.

Afina Universitetinin alimlərinin apardığı araşdırmaya əsasən, zeytun yağı ilə zəngin pəhriz yüksək antioksidant tərkibi sayəsində sümükləri möhkəmləndirir. Aralıq dənizi pəhrizinin əsas komponentlərindən biri olan zeytun yağı uzun illərdir sağlam qidalanmanın ayrılmaz hissəsi kimi tanınır.

İspaniyalı tədqiqatçılar iki il ərzində zeytun yağının sümük sağlamlığına təsirini izləyiblər və nəticədə bu məhsulu daha çox istifadə edən insanlarda osteokalsin səviyyəsinin daha yüksək olduğunu müəyyən ediblər. Bu göstərici sümüklərin möhkəmliyini artırır, çünki osteokalsinin çatışmazlığı kövrəklik və sınıqlara meyilliliyi artırır.

Bundan əlavə, bu zülal sümük əmələ gətirən hüceyrələr tərəfindən istehsal olunur və bəzi nəzəriyyələrə görə, insulin müqavimətinin qarşısını almağa da kömək edir. İnsulin müqaviməti isə sümüklərin zəifləməsinə səbəb ola bilər.

Araşdırmalar göstərir ki, zeytun yağı ilə zəngin pəhriz xüsusilə qadınlar üçün daha çox fayda verir.