Azərbaycan.media xəbər verir ki, bu əsər Zəfər Günü münasibətilə yazılıb.
Musiqi və aranjimanı — Natiq Qəzənfəroğluna, Sözləri — Fuad Biləsuvarlıya,
Mix & Master — Vüsal Ömərova məxsusdur.
Əsəri Xalq artistləri Alim Qasımov və Mehriban Zəki ifa ediblər.
Əsər Mehriban xanımın qiraəti ilə başlayır, daha sonra Alim müəllimin oxuması ilə davam edir.
Bir bəndi Mehriban xanım deyir, bir bəndi Alim müəllim oxuyur.
Şeir sanki şəhid qadının öz həyat yoldaşına dediyi sözlərdir, ardınca isə Alim müəllim Vətənin səsi kimi cavab verir.
Əsər boyunca şeir və muğam bir-birinə qarışır, duyğular, Vətən sevgisi və şəhid ruhunun əzəməti ahənglə birləşir.
Son səhnədə Mehriban xanım “Səninləyəm!” deyir, Alim müəllim isə muğam boğazları ilə əsərə son nöqtəni qoyur.
“Vətən üçün doğulanlar” — həm poeziya, həm musiqi, həm də ruhun səsi olan bir əsərdir.
Mehriban Zəkinin qiraətindən:
SƏNSİZƏM İNDİ!
Sıxılan canımdı, qaralan qanım,
Heç nə istəmirəm, çətindi anım.
Sevgilim, mən bunu de necə danım?
Sənli ola-ola sənsizəm indi.
Sənli ola-ola sənsizəm.
Alim Qasımovun ifasından:
Vətən üçün doğulanlar
Düşmənlərə canlı çəpər,
Siz oldunuz igid, ərlər,
Qazandınız şanlı zəfər —
Vətən üçün doğulanlar!
Mübariztək mərd oğullar!
Mehriban Zəkinin qiraətindən:
Quş kimi əlimdən uçub getmisən,
Eşqin yuvasından qaçıb getmisən.
Ömürlük ömrümdən köçüb getmisən,
Sənli ola-ola sənsizəm indi,
Sənli ola-ola sənsizəm.
Alim Qasımovun ifasından:
Bu Vətənə göz oldunuz,
Od oldunuz, köz oldunuz.
Bizim olan Qarabağın
Xilaskarı siz oldunuz —
Vətən üçün doğulanlar!
Alim Qasımovun ifasından (davam):
Qorxmadınız canınızdan,
Keçdiniz lap qanınızdan.
Oldunuz Milli qəhrəman —
Vətən üçün doğulanlar!
Mübariztək mərd oğullar!
Mehriban Zəkinin qiraətindən:
Çox kövrək olubdu qəlbimin simi,
Könlüm itirəndən sevgi hakimin.
Düşünə bilmirəm daha heç kimi,
Sənli ola-ola sənsizəm indi,
Sənli ola-ola sənsizəm.
Alim Qasımovun ifasından:
Vətənçilik məfkurəsin,
Atalardan qeyrət dərsin.
Öyrənərək əhsən sizə,
Susdurdunuz düşmən səsin —
Vətən üçün doğulanlar!
Vətən üçün doğulanlar!
Mehriban Zəkinin qiraətindən:
Uzağı sezməyən bir göz olmuşam,
Odu erkən sönmüş bir köz olmuşam.
Günəşi olmayan bir yaz olmuşam,
Sənli ola-ola sənsizəm indi…
Sənsizəm indi!
Alim Qasımovun ifasından (yekun):
Bu Vətənə göz oldunuz,
Od oldunuz, köz oldunuz.
Bizim olan Qarabağın
Xilaskarı siz oldunuz!
Vətən üçün doğulanlar!
Qorxmadınız canınızdan,
Keçdiniz lap qanınızdan,
Oldunuz Milli qəhrəman —
Vətən üçün doğulanlar!
Mübariztək mərd oğullar!
Mehriban Zəkinin qiraətindən:
Bilirəm, ruhun şad, qalibdi Vətən,
Sənsiz ola-ola səninləyəm mən…
Səninləyəm mən…
Səninləyəm…
Alim müəllim “Vətən üçün doğulanlar” muğam boğazları ilə ifa edir.
Mehriban xanım “Səninləyəm” deyərək qiraətini tamamlayır,
Alim müəllim isə muğamla əsərə son nöqtəni qoyur.
“Vətən üçün doğulanlar” — muğamla, ruhla, Vətən sevgisi ilə yazılmış bir əsərdir.
Müəllif: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
