🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Özbəkistan Prezidenti İlham Əliyevi Mərkəzi Asiyanın zirvə görüşünə dəvət edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə dəvət olunub.

Dəvət Özbəkistan Prezidenti Şövkət Mirziyayev tərəfindən Zəfər Günü münasibətilə göndərilən təbrik məktubunda verilib. Məktubda Ş. Mirziyayev Azərbaycan Prezidentini Özbəkistanda keçiriləcək Mərkəzi Asiyanın dövlət başçılarının növbəti Məşvərət Görüşündə iştirak etməyə dəvət edib.