🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədə sabiq millət vəkilinə 8 il 9 ay həbs cəzası verilib

Azərbaycan.media xəbər verir ki, toxunulmazlığı götürüldükdən sonra silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə üzləşən Türkiyənin keçmiş millət vəkili Semra Güzel barəsində məhkəmə hökm çıxarıb.

Sabiq millət vəkili məhkəmədə heç bir terror təşkilatına üzv olmadığını bildirib. 2 sentyabr 2022-ci ildə İstanbuldan Ədirnəyə Mehtap Dayan adlı saxta şəxsiyyət vəsiqəsi ilə səfər edərkən həbs olunmasına gəlincə, Semra Güzel ölümlə təhdid edildiyini və bu üsulla özünü müdafiə etmək qərarına gəldiyini vurğulayıb. O, həmçinin rəsmi sənədlərin saxtalaşdırılması cinayətini törətmədiyini qeyd edib.

Məhkəmə yekunda qərar verib: Semra Güzel “silahlı terror təşkilatına üzv olmaq” maddəsi üzrə 6 il 3 ay, “rəsmi sənədləri saxtalaşdırmaq” ittihamı üzrə isə 2 il 6 ay həbs cəzasına məhkum olunub. Ümumi cəza müddəti 8 il 9 ay təşkil edir.