🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ-də şatdaun hava məkanının bağlanmasına səbəb ola bilər

Azərbaycan.media xəbər verir ki, ABŞ-də davam edən şatdaun (dövlət qurumlarının maliyyələşməsinin dayandırılması) ölkənin hava məkanının tamamilə bağlanmasına gətirib çıxara bilər.

Bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi “CNBC” telekanalına müsahibəsində məlumat verib. O, vəziyyətin ciddi risk daşıdığını bildirib və qeyd edib ki, lazım gələrsə, bütün uçuşlar qadağan ediləcək.

Nazirin sözlərinə görə, ölkənin təhlükəsizliyinə real təhdid yaranarsa, hava məkanı tam bağlanacaq:
“İnsanların səyahət etməsinə icazə verməyəcəyik. Hazırda bu mərhələyə çatmamışıq, amma əhəmiyyətli gecikmələr müşahidə olunur”, – Daffi vurğulayıb.