Azərbaycan.media xəbər verir ki, Rusiya Federasiyasının Romadakı səfiri Aleksey Paramonov İtaliyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə yerli ANSA agentliyi məlumat yayıb.
Səfirin XİN-ə çağırılmasına Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Romadakı tarixi Konti Qülləsinin bir hissəsinin uçması ilə bağlı səsləndirdiyi açıqlama səbəb olub.
Görüş zamanı italyan tərəfi Zaxarovanın şərhlərini qəbuledilməz adlandırıb.
Qeyd edək ki, noyabrın 3-də Mariya Zaxarova özünün Telegram kanalında bildirib ki, İtaliya Ukraynaya dəstək məqsədilə milyardlarla avro xərclədiyi üçün iqtisadiyyatı, hətta qüllələri belə dağılmaq ərəfəsindədir.
