Azərbaycan.media xəbər verir ki, 3-7 noyabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə rayonu təlim mərkəzi ərazilərində istismar müddəti başa çatmış, istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına uyğun məhv edilməsi prosesi həyata keçiriləcək.
Müdafiə Nazirliyi (MN) əhalini partlayış səsləri ilə bağlı təşvişə düşməməyə çağırıb və bildirib ki, narahatlıq üçün heç bir əsas yoxdur.
