Azərbaycan.media xəbər verir ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yüksəlib.
Birja məlumatlarına görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın dekabr fyuçersləri 0,7% artaraq 4 024,35 ABŞ dolları səviyyəsinə çatıb.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,03% artaraq 48,655 ABŞ dolları olub.
