Azərbaycan.media xəbər verir ki, paytaxtda bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
-
Sabunçu–Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
-
Qara Qarayev prospekti, “Qara Qarayev”dən “Koroğlu” metro stansiyası istiqamətində;
-
Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətinə (dairəyə qədər);
-
Babək prospekti, mərkəz istiqamətində;
-
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
-
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
-
Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
-
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
-
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
-
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
-
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
-
28 May küçəsi, Puşkin küçəsindən Rəşid Behbudov küçəsinədək olan hissədə;
-
Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində.
NİİM sürücülərə sıxlıq olan ərazilərdən mümkün qədər uzaq yollar seçməyi tövsiyə edir.
