Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində Fələstinin HƏMAS hərəkatı ilə bağlı sərt bəyanat verib.
Trampın sözlərinə görə, hərəkata artıq xəbərdarlıq edilib:
“Əgər mən HƏMAS-ın tərksilah olmasını istəyirəmsə, onları çox tez bir zamanda tərksilah olmağa vadar edərəm. Onlar məhv ediləcəklər, bunu bilirlər”, – deyə o bildirib.
Xatırladaq ki, oktyabrın 28-də İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq Qəzzaya bir neçə aviazərbə endirib. HƏMAS rəhbərliyi isə barışığa sadiq qaldığını bəyan edib.
Daha sonra Donald Tramp zərbələrin atəşkəsə təsir etməyəcəyini söyləyib və qeyd edib ki, İsrail anklava zərbə endirmək hüququna malikdir, HƏMAS isə “özünü düzgün aparmalıdır”.
Oxundu: 8
