Azərbaycan.media xəbər verir ki, Çin lideri Si Szinpin Cənubi Koreya Prezidenti Li Çje Myona “Xiaomi 15 Ultra” smartfonu hədiyyə edib.
Axar.az-ın məlumatına görə, hədiyyə mərasimi Kendju şəhərində keçirilən banketdən əvvəl baş tutub. Si Szinpin hədiyyəni təqdim edərkən bildirib: “Bu, xanımınız üçündür. Telefonun displeyi Cənubi Koreya istehsalıdır”.
Cənubi Koreya Prezidenti isə zarafatla cihazın təhlükəsizliyi barədə maraqlanıb. Çin lideri gülümsəyərək onun yerindəcə yoxlanmasını təklif edib.
