Azərbaycan.media xəbər verir ki, PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini tam dayandırmalı və işğal etdiyi ərazilərdən geri çəkilməlidir.
Bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
“Bu məsələ bölgənin sabitliyi və təhlükəsizliyi, həmçinin xarici müdaxilələrin qarşısının alınması baxımından son dərəcə vacibdir”, – deyə Hakan Fidan bildirib.
Qeyd edək ki, oktyabrın 26-da PKK terror təşkilatı Türkiyə ərazisindən tamamilə çıxdığını elan edib. Lakin təşkilatın Suriyada YPG və PYD adları altında fəaliyyət göstərən qolları hələ də fəaliyyətini davam etdirir.
