🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp və Si Cinpin görüşündən sonra ABŞ-Çin hərbi əlaqələri bərpa edilib

Tramp və Si Cinpin görüşündən sonra ABŞ-Çin hərbi əlaqələri bərpa edilib

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında Cənubi Koreyada keçirilən görüşdən sonra iki ölkə hərbi əlaqələrini bərpa edib.

“Qafqazinfo”nun məlumatına görə, Pentaqonun katibi Pit Heqset bu barədə “X” sosial media platformasında açıqlama verib.

Heqset bildirib ki, Çinin müdafiə naziri admiral Donq Jun ilə danışıqlar müsbət atmosferdə keçib və tərəflər münaqişələrin qarşısının alınması və yaranan problemlərin azaldılması məqsədilə kommunikasiya kanallarının yaradılması barədə razılığa gəliblər.

Pentaqon rəhbəri əlavə edib: “Admiral və mən razılaşırıq ki, sülh, sabitlik və yaxşı münasibətlər iki böyük və güclü ölkəmiz üçün ən yaxşı yoldur”.