🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Maldiv adaları 2007-ci ildən sonra doğulanlar üçün siqaret qadağası tətbiq etdi

Azərbaycan.media xəbər verir ki, Maldiv adaları yeni nəsil üçün tütün məmulatlarının satışını və istifadəsini qadağan edən yeganə ölkə olub.

“Report”un məlumatına görə, 1 noyabr 2025-ci ildən etibarən 1 yanvar 2007-ci ildən sonra doğulmuş vətəndaşlara tütün məhsullarını almaq, istifadə etmək və ya əldə etmək qadağan edilib. Qadağa bütün növ tütün məmulatlarına, həmçinin elektron siqaretlər və veyplərə şamil olunur. Pərakəndə satıcılar alıcıların yaşını təsdiqləməli, turistlər də bu qaydalara tabe olmalıdır. Qaydaların pozulması cərimələrlə nəticələnir.

Nəşr bildirir ki, Yeni Zelandiya bu qanunu qəbul edən ilk ölkə ola bilərdi. Lakin qanun 2024-cü ilin iyul ayında qüvvəyə minməli olsa da, vergi endirimlərini maliyyələşdirmək məqsədilə 2023-cü ilin noyabrında yeni hökumət tərəfindən ləğv edilib.