🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran uranın dinc zənginləşdirilməsini davam etdirməyi planlaşdırır

Azərbaycan.media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə ölkəsinin uranı dinc məqsədlərlə zənginləşdirməyə davam edəcəyini açıqlayıb.

Əraqçı bildirib: “Biz uranın zənginləşdirilməsini dayandıra bilmərik. Rəsmi Tehran raket proqramı ilə bağlı danışıqlara girməyəcək. Heç bir sağlam düşüncəli insan öz hərbi komponentindən imtina etməyə razı olmaz”.