🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Papa XIV Leo ilə görüşüb

Azərbaycan.media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüş keçirib. Görüş Müqəddəs Pyotr Meydanında təşkil olunan ümumi audiensiyadan sonra baş tutub.

Şeyxülislam görüş zamanı Roma Papasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. O, Heydər Əliyev Fondunun son illərdə Vatikanda həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb və ölkədə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.

Allahşükür Paşazadə qeyd edib ki, Papa XIV Leo-nun Azərbaycana səfəri böyük şərəf olardı. O, Roma Papasının ölkəmizdəki dinlərarası harmoniyanı, dövlət-din münasibətlərinin yüksək səviyyəsini və multikultural dəyərləri yerində müşahidə edə biləcəyini bildirib.

Papa XIV Leo isə cavabında Azərbaycana səfər etməyə müsbət yanaşdığını və bunun üçün iş qrafikini uyğunlaşdırmağa çalışacağını qeyd edib.